Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gücünü xalqdan alan Yeni Azərbaycan Partiyası

0

  •         16 oktyabr 1992-ci ildə 91 nəfərdən
    ibarət qrup Heydər Əliyevə müraciət edərək onu lider kimi
    gördüklərini və onun ətrafında birləşdiklərini elan etdilər. 24 oktyabr  1992-ci 
    il tarixində  Naxçıvan  Ali Məclisinin sədri Heydər Əliyev  təklifi qəbul etmişdi. 1992-ci il noyabrın
    21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs
    qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Ədliyyə Nazirliyi
    tərəfindən 1992-ci il dekabrın 18-də siyasi partiya olaraq rəsmi qeydiyyata
    alındığı. Yeni Azərbaycan Partiyası 
    Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi
    çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən siyasi
    partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri
    Heydər Əliyevin Prezident seçilməsi, 1995-ci ildə keçirilən Parlament
    seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına  çevrildi. 1995, 2000, 2005, 2010, 2015 və
    2020-ci illərdə keçirilən Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib
    gəlib. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə  Ulu Öndər Heydər Əliyev olub. 15 oktyabr
    2003-cü ildə prezident seçkilərində qələbə çalan İlham Əliyev partiya sədrinin
    birinci müavini olaraq partiyaya rəhbərlik etməyə başladı. 2005-ci ildə Yeni
    Azərbaycan Partiyasının III Qurultayı keçirildi və Cənab Prezidentimiz İlham
    Əliyev partiyanın rəsmi sədri seçildi. 2005-ci ildən YAP-ın sədri Cənab
    Prezidentimiz İlham Əliyevdir.

            Yeni Azərbaycan Partiyasının keçdiyi
    şərəfli inkişaf yolunun 30-cu ilidir. Müstəqil Azərbaycanın
    möhkəmləndirilməsində və inkişafında YAP-ın 
    rolu böyükdür. Dövlət başçımızın partiyaya sədr seçilməsindən sonra Yeni
    Azərbaycan Partiyası inkişafın yeni mərhələyə qədəm qoyub. Bu partiya
    cəmiyyətdə böyük inam və etimadı qazanıb. 44 günlük Vətən müharibəsində
    qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəltdi.

            Yeni Azərbaycan Partiyasının
    yaradılmasının 30 illiyi münasibətilə noyabrın 
    21-də Heydər  Əliyev Mərkəzində
    tədbir keçirildi. Tədbirdə YAP-ın  sədri,
    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak edib.  Dövlətimizin başçımız tədbirdə çıxış edib. O,
    çıxışında YAP-ın  yaranmasının 30 illiyi
    münasibətilə Partiyanın  bütün üzvlərini
    ürəkdən təbrik edib. Partiyanın yaranması tarixindən ətraflı çıxış edib.
    Xalqımızın Ümummilli Lider Heydər Əliyevə inamı sonsuz olub. Ölkənin qarşısında
    çox ciddi, böyük problemlər olub. Məhz Heydər Əliyevin zəkası,
    cəsarəti,təcrübəsi, xalqın ona olan inamı, Yeni Azərbaycan Partiyası  üzvlərinin fəaliyyəti xalqımızı çətin
    vəziyyətdən çıxardı. Son 19 ilin hadisələrindən görürük ki, Ulu Öndərin  bütün tövsiyyələri, siyasəti yerinə
    yetirildi. Ulu Öndərimizin davamçısı olan Cənab Prezidentimiz İlham Əliyev  güclü və müasir Azərbaycan dövləti qurdu. Hər
    bir Azərbaycanlı dövlətimizlə fəxr edir, qalib dövlətin qalib xalqı olaraq
    fəxrlə yaşayır. Ölkəmiz milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir.
    Gənc nəslimiz də illik ruhda böyüyərək adət-ənənələrə sadiqdir. Xalqımız bir
    ailə kimi yaşayır. Xalqımız dəmir yumruq kimi birləşib, ölümü gözə alaraq işğal
    altında olan torpaqlarımızda bayrağımızı qaldırdıq. Bu qələbəni biz Yeni
    Azərbaycan Partiyasının sədri, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü
    siyasətə inanaraq, güvənərək qalib gəldik.

         Biz bu günlərdə Yeni Azərbaycan
    Partiyasının yubileyini qeyd edərkən hər birimiz Ulu Öndərin xatirəsini
    ehtiramla yad edirik. Onun bizə qoyub getdiyi miras bugünki  müstəqil Azərbaycandır. Ulu Öndər Heydər
    Əliyevin  yaradıcısı olduğu Yeni
    Azərbaycan Partiyası  bu gün Cənab
    Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır.
    YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi
    partiya təşkilatlarının rolu və aktivliyi vacibdir. 

    Aydın ƏLİYEV,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib40 dəfə
    Gücünü xalqdan alan Yeni Azərbaycan Partiyası

    Maraqlı gələ bilər
    36
    43
    34
    54
    69